Qriqol Liluaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib
Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib
Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmün elan olunmasında təqsirləndirilən şəxs Qriqol Liluaşvili də iştirak edib. O, dünən keçirilən məhkəmə iclasında son söz hüququndan istifadə edərək bildirib ki, mübarizəsini hüquqi yollarla davam etdirəcək.
Liluaşvilinin vəkilləri iş üzrə sübutların olmadığını bildirirlər. Prokurorun sözlərinə görə isə iş üzrə təqdim olunan sübutlar Liluaşvilinin ona qarşı irəli sürülən cinayəti törətdiyini təsdiqləyir.
Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili ötən il dekabrın 23-də saxlanılıb. Ona bir neçə epizod üzrə ittiham irəli sürülüb. İstintaq Liluaşvilini qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almaqda və çağrı mərkəzlərinə himayədarlıq etməkdə ittiham edir.
Liluaşvili ona qarşı irəli sürülən ittihamları qəbul etmir.