Qrenlandiyanın Baş naziri - Mümkün hərbi müdaxiləyə hazır olmalıyıq
Qrenlandiyanın Baş naziri - Mümkün hərbi müdaxiləyə hazır olmalıyıq

 

Mümkün hərbi müdaxiləyə hazır olmalıyıq – bu haqda Qrenlandiyanın Baş naziri İens-Frederik Nilsen bildirib.

Bu haqda məlumatı “Bloomberg” yayır.

Nilsenin sözlərinə əsasən, Arktika adasının sakinləri və hakimiyyəti, hətta bu, daha az ehtimal olunan ssenari olsa belə, mümkün hərbi müdaxiləyə hazırlaşmağa başlamalıdır.

“Hərbi münaqişə daha az ehtimal olunandır, lakin onu istisna etmək imkansızdır” – Nilsen Nuukda keçirilən mətbuat konfransında deyib.

Nilsen, Qrenlandiya hökumətinin bütün müvafiq yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət işçi qrupu yaradacağını bildirib. Qrenlandiyanın Baş nazirinin qeyd etdiyi kimi, hökumət ictimaiyyətə beş günlük ərzaq tədarükünün hazırlanması ilə bağlı məsləhətlər də daxil olmaqla, yeni tövsiyələr yaymaq üzərində işləyir.

Bununla yanaşı, Qrenlandiyanın maliyyə naziri Mute Eqede qeyd edib ki, Qrenlandiya “böyük təzyiq altındadır” və “istənilən ssenariyə hazır olmalıdır”.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın əldə edilməsinin ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına uyğun olduğunu bildirib.