Qrenlandiyanın Baş naziri – Hörmətlə yanaşılmağa layiqik və ABŞ Prezidentinin bunu etdiyini zənn etmirəm

16:27, 10.03.2025

 
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyalılara hörmətlə yanaşmır – bu haqda Qrenlandiyanın Baş naziri deyib.

“Biz İkinci Dünya Müharibəsindən sonra etdiyimiz kimi, sizin təhlükəsizliyinizin qayğısına qalmağa davam edəcəyik. Biz yeni iş yerlərinin yaradılması və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq” – deyə Trampın verdiyi bəyanata Qrenlandiyanın Baş naziri münasibət bildirib.

Qrenlandiyanın Baş naziri Mute Eqede Danimarkanın İctimai Yayımçısına müsahibəsində qeyd edib: “Hörmətlə yanaşılmağa layiqik və ABŞ Prezidentinin vəzifəyi tutduqdan sonra bunu etdiyini zənn etmirəm”.

Oxşar