Qrenlandiyanın Baş naziri - Bizə təzyiq göstərə bilməyəcəklər, dialoq, hörmət və beynəlxalq hüquq prinsiplərinə əməl olunması mövqeyində qətiyyətlə dayanırıq
Qrenlandiyanın Baş naziri - Bizə təzyiq göstərə bilməyəcəklər, dialoq, hörmət və beynəlxalq hüquq prinsiplərinə əməl olunması mövqeyində qətiyyətlə dayanırıq

 

Bizə təzyiq göstərə bilməyəcəklər, dialoq, hörmət və beynəlxalq hüquq prinsiplərinə əməl olunması mövqeyində qətiyyətlə dayanırıq – bu haqda Qrenlandiyanın Baş naziri Yens-Frederix Nilsen bildirib.

Qrenlandiya hökumətinin başçısı bildirib ki, Amerika Birləşmiş Ştatlarının son vaxtlardakı bəyanatları, o cümlədən tarif təhdidi mövqeyini dəyişə bilməz.

“Biz başqa ölkələrdən və hökumət başçılarından dəstək aldıq. Bu vacibdir. Müdaxilə kimi deyil, Qrenlandiyanın öz qərarlarını vermək hüququna malik demokratik bir cəmiyyət olduğunun açıq şəkildə tanınması kimi” – Nilsen qeyd edib.