Qrenlandiyada təsir əməliyyatları ilə bağlı kəşfiyyat məlumatına görə ABŞ səfirini Danimarkanın Xarici İşlər Nazirliyinə çağırıblar
Qrenlandiyada təsir əməliyyatları ilə bağlı kəşfiyyat məlumatına görə ABŞ səfirini Danimarkanın Xarici İşlər Nazirliyinə çağırıblar

 

Qrenlandiyada təsir əməliyyatları ilə bağlı kəşfiyyat məlumatına görə ABŞ səfirini Danimarkanın Xarici İşlər Nazirliyinə çağırıblar.

Danimarkanın İctimai Yayımçısının öz mənbələrinə istinadən yazdığı kimi, Danimarka hökuməti hesab edir ki, prezident Tramp administrasiyası ilə əlaqəsi olan ən azı üç ABŞ vətəndaşı Qrenlandiyanın Danimarkadan ayrılması və ABŞ-a birləşdirilməsinə kömək etmək məqsədi daşıyan təsir əməliyyatlarında iştirak edirdi.

“Xarici oyunçuların hələ də Qrenlandiyaya və onun Danimarka Krallığındakı mövqeyinə maraq göstərdiyinə dair məlumata sahibik. Buna görə də təəccüblü deyil ki, biz Krallığın gələcəyi ilə bağlı xarici təsir cəhdləri ilə üz-üzə qala bilərik” – Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussenin bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, seçkilərdə qalib gəldikdən sonra ABŞ Prezidenti Donald Tramp milli və beynəlxalq təhlükəsizlik səbəbləri ilə minerallarla zəngin və strateji mövqeyə malik Arktika adasına ABŞ-nin nəzarət etməsini istədiyini dəfələrlə bəyan edib. Qrenlandiya Danimarkanın tərkibində olan yarı muxtar ərazidir.