Qoridə qətl hadisəsi baş verib
Qoridə qətl hadisəsi baş verib

 

Qoridə “Galleria” ticarət mərkəzində qətl hadisəsi baş verib. Gənc kişi qətlə yetirilib və onun atası yaralanıb.

Hadisə şahidlərinin dedikləri kimi, mağazada mübahisədən sonra atışma baş verib. Onların verdiyi məlumata əsasən, müştərilər ticarət mərkəzində olarkən bir neçə dəfə atəş açılıb.

Gənc kişi hadisə yerində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bəyan edildiyi üzrə, hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə aparılır, bu da iki və ya daha çox şəxsə qarşı qəsdən qətl törətmə cəhdini nəzərdə tutur. Şübhəli şəxsi “isti izlərlə” saxlayıblar.