Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolununun 88-ci kilometridnə yerləşən Qori avtomobil tunelində, hərbi texnikanın daşınması zamanə ventilasiya zədələndi, buna görə, Qori tunelinin Tbilisi-Senaki istiqamətilə hər növ avtonəqliyyatın hərəkəti qadağan olunur.
Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, avtomobil tunelinin Tbilisi-Senaki istiqmətilə bağlanması dövründə avtonəqliyyatın axını tunelin Senaki-Tbilisi istiqamətinə keçəcək və Senaki-Tbilisi istiqamətinin daxili dövlət əhəmiyyəli Qori tunelinin dolama avtomobil yoluna keçməsi baş verəcək.
“Qeyd olunan rejimlə hərəkət patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”, – Departamentdə bəyan edirlər.