Qori tunelində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq
Qori tunelində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq

 

Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci km-də yerləşən Qori avtomobil tunelində planlı profilaktik işlərin aparılması məqsədilə 2025-ci ilin iyulun 21-də saat 23:00-dan iyulun 22-si saat 07:00-a qədər və iyulun 22-si saat 23:00-dan iyulun 23-ü saat 07:00-a qədər tunelin – Senaki-Tbilisi, iyulun 23-ü isə saat 23:00-dan iyulun 24-ü saat 07:00-a qədər və iyulun 24-ü saat 23:00-dan iyulun 25-i saat 07:00-a qədər tunelin Tbilisi-Senaki istiqamətlərində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Avtomobil tunelinin Senaki-Tbilisi istiqamətinin bağlandığı dövrdə avtonəqliyyat vasitələrinin axını respublika əhəmiyyətli Qori tunellərinin alternativ avtomobil yoluna yönəldiləcək.

Avtomobil tunelinin Tbilisi- Senaki istiqamətinin bağlandığı dövrdə avtonəqliyyat vasitələrinin axını tunelin Senaki-Tbilisi istiqamətinə və Senaki-Tbilisi istiqaməti respublika əhəmiyyətli Qori tunellərinin alternativ avtomobil yoluna yönəldiləcək.