Qori Rayon Məhkəməsi Xeltubanidə polislərə hücum ittihamı ilə saxlanılan 5 nəfər barəsində həbs-qətimkan tədbiri seçib
Qori Rayon Məhkəməsi Xeltubanidə polislərə hücum ittihamı ilə saxlanılan 5 nəfər barəsində həbs-qətimkan tədbiri seçib

 

Qori Rayon Məhkəməsi Xeltubanidə polislərə hücum ittihamı ilə saxlanılan 5 nəfər barəsində həbs-qətimkan tədbiri seçib.

Hakim Qermane Dadeşkeliani təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Saxlanılanlardan üç nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi ilə ittiham irəli sürülüb, bu da səkkiz ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Təqsirləndirilən iki nəfərə qarşı isə 353-cü prima maddənin 2-ci prima hissəsinin “a” yarımbəndi və 19-353-cü prima maddənin 3-cü hissəsi ilə ittiham irəli sürülüb. İrəli sürülmüş ittiham cəza ölçüsü olaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Hadisə iyulun 16-da baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yetkinlik yaşına çatmamış şəxsin idarə etdiyi avtomobili yoxlamaq üçün saxlayıblar. Yetkinlik yaşına çatmamış şəxs və onunla birlikdə olan şəxslər polislərə qarşı sözlü və fiziki təhqirə yol veriblər, küt əşya və bıçaqla 3 polisə xəsarət yetiriblər.