Qori Rayon Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək saxlanılan polislər barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarıb
Qori Rayon Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək saxlanılan polislər barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarıb

 

Qori Rayon Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək saxlanılan polislər barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarıb.

Hakim Qermane Dadeşkeliani iş üzrə qərar verib.

İttiham tərəfinin həbs tələbi və vəzifədən istefaya göndərmə ilə bağlı hər iki vəsatəti təmin edilib.

Müdafiə tərəfi saxlanılan polislərin barəsində qətimkan tədbirinin seçilməməsini tələb edirdi və bəyan edirdi ki, ittiham tərəfi ictimaiyyətin yüksək marağını nəzərə alaraq tələsib və həbs üçün kifayət qədər sübut yoxdur.

İttiham tərəfinin bəyan etdiyi kimi, sübutların məhv edilməsi, habelə qaçıb gizlənmə riskinin yüksək olması səbəbindən həbs qərarı yeganə düzgün qərar idi.

Prokurorun izahatına əsasən, polislər tərəfindən döyülən hər iki şəxsə zərərçəkmiş statusu verilib və istintaq davam edir.

Məlumat üçün bildirək ki, Prokurorluq Qoridə polislər tərəfindən xidməti səlahiyyətlərini güc tətbiq etməklə aşmaqda ittiham olunan altı nəfəri saxlayıb. Onlara qarşı ittiham Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” yarımbəndi ilə irəli sürüləcək, bu da cəza növü olaraq 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan əvvəl Şida Kartlinin polis əməkdaşlarının Qoridə Kombinati adı ilə bilinən yaşayış məntəqəsində həbs zamanı iki nəfərə qarşı fiziki zorakılıq tətbiq etdiyini göstərən video görüntülər yayılmışdı.