Qori Hərbi Hospitalı bəyanat  yayır
Qori Hərbi Hospitalı bəyanat yayır

Son günlər müxtəlif KİV-lərdə yalan məlumatlar yayılıb ki, guya Müdafiə Nazirliyinin Qiorqi Abramişvili adına Hərbi Hospitalı Mixeil Saakaşvilinin kadrlarını qəsdən məhv edib, – deyə hərbi hospitalın bəyanatında deyilir.

“İctimaiyyətə izah edirik ki, Mixeil Saakaşvilinin Qori Hərbi Hospitalına köçürülməsi zamanı onun təhlükəsizlik və sağlamlıq məsələlərinə ictimai marağı yüksək olduğuna görə kameralar quraşdırılıb. Bildiyiniz kimi, Mixeil Saakaşvili dekabrın 30-da, saat 00:15-də Qori Hərbi Hospitalından Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu kameralar sırf Mixeil Saakaşvilinin təhlükəsizlik məqsədləri üçün istifadə edildiyinə görə artıq bu görüntüləri Qori Hərbi Hospitalında saxlamaq məcburiyyəti yox idi.

Mixail Saakaşvilinin Qori Hərbi Hospitalından köçürülməsindən təxminən iki gün sonra, dekabrın 31-də, saat 18:25-də Dövlət Müfəttişliyindən videomaterialın dekabrın 27-dən dekabrın 28-dək arxivə götürülməsini xahiş edən məktub gəlib. Artıq izah etdiyimiz kimi, qeyd olunan video materialı saxlamaq üçün nə öhdəlik, nə də məqsədəuyğunluq olmadığı üçün artıq silinmişdi. Üstəlik, bu kameraların 72 saatlıq iş rejimi olduğundan, ondan sonra materialın avtomatik surətini çıxardığı üçün kameralar hələ də işlək vəziyyətdə olsa belə, heç bir halda Dövlət Müfəttişinin tələbini tam təmin etmək mümkün olmayıb. Dövlət müfəttişinin məktubu, qeyd edildiyi kimi, Mixeil Saakaşvilinin xəstəxanadan buraxılmasından uzun müddət sonra gəlib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin Qiorqi Abramişvili adına Hərbi Hospitalının direktorunun müşaviri Davit Qoniaşvili Dövlət Müfəttişinə ətraflı ifadə verib və bununla bağlı hər hansı qanun pozuntusunu müşahidə etməyiblər.

“Ona görə də, düşünürük ki, indiki kampaniya siyasi spekulyasiyanın yalnız bir hissəsidir və birincisi ilə heç bir əlaqəsi yoxdur”, – deyə hərbi hospitaldan bildirilib.