Qori avtomobil tunelində aprelin 10-u və 11-i gecə saatlarında bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Qori avtomobil tunelində aprelin 10-u və 11-i gecə saatlarında bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci km-də yerləşən Qori avtomobil tunelində planlı profilaktik işlər aparılarkən, aprelin 10-u saat 23:00-dan aprelin 11-i saat 03:00-dək Senaki-Tbilisi, aprelin 11-i saat 03:00-dan saat 07:00-dək Tbilisi-Senaki istiqamətlərində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayır.

“Avtomobil tunelinin Senaki-Tbilisi istiqamətinin qapalı olduğu dövrdə avtonəqliyyat vasitələrinin axını respublika əhəmiyyətli Qori tunellərinin dolama avtomobil yoluna yönləndiriləcək. Tbilisi-Senaki istiqamətinin qapalı olduğu dövrdə avtonəqliyyat vasitələrinin axını tunelin Senaki-Tbilisi istiqamətinə yönləndiriləcək və Senaki-Tbilisi istiqaməti respublika əhəmiyyətli Qori tunellərinin dolama yollarına yönləndiriləcək” – departament tərəfindən yayılmış məlumatda qeyd olunub.