Qomi-Savane hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Qomi-Savane hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır

 

Güclü qar yağması səbəbilə respublika əhəmiyyətli Qomi-Saçxere-Ciatura-Zestaponi avtomobil yolunun 1km -52 km (Qomi-Savane) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır – bu haqda məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

Qurumun məlumatına əsasən, sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

“Avtomobil yolunun qalan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.