Qomi-Savane hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Respublika əhəmiyyətli Qomi-Saçxere-Ciatura-Zestaponi avtomobil yolunun 1 km -52 km (Qomi-Savane) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
İdarənin verdiyi məlumat üzrə, sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkəti də sərbəstdir.