Qomi-Saçxere hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır
İntensiv qar və aşağı temperatura görə, daxiliəhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi yolunun km1-km52 (Qomi-Saçxere) hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır. Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.