Qomi-Saçxere hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır
Qomi-Saçxere hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır

İntensiv qar və aşağı temperatura görə, daxiliəhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi yolunun km1-km52 (Qomi-Saçxere) hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır. Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

İdarənin məlumatına görə, başqa növ avtonəqliyyatın hərəkəti sərbəstdir, yolun qalan hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir.