Qomi-Saçxere-Ciatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qomi-Saçxere-Ciatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib – bu haqda məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Güclü qar yağması və yolun buz bağlamasına görə respublika əhəmiyyətli Qomi-Saçxere-Ciatura-Zestaponi avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilir, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.