Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda avtonəqliyyatın hərəkəti bərpa olundu
Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda avtonəqliyyatın hərəkəti bərpa olundu

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda həyata keçirilən təmizləmə işləri nəticəsində avtonəqliyyatın hərəkəti bərpa olundu.

İdarənin məlumatına görə, daxili əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunda yedəkli və yarım-yedəkli avtonəqliyyatın hərəkəti intensiv qara görə qadağan idi.