Qomi dağında yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib, yaralananlar var
Qomi dağında yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib, yaralananlar var. Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən açıqlandığı üzrə, sərnişin mikroavtobusu Qomi dağından Ozurqeti istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Onların məlumatına əsasən, həlak olanlar xarici ölkə vətəndaşlarıdır.
Təcili tibbi yardım qrupu yaralıları xəstəxanaya çatdırıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başladılıb, bu da iki və ya daha çox insanın ölümü ilə nəticələnən nəqliyyat vasitəsinin hərəkəti və ya istismarı qaydasının pozulması deməkdir.