Qoqi Abuaşvili Mtsxeta Munisipalitetinin meri vəzifəsindən istefa verib
Qoqi Abuaşvili Mtsxeta Munisipalitetinin meri vəzifəsindən istefa verib. Bu barədə məlumat Mtsxeta Munisipalitetinin Meriyasının veb saytında dərc edilib.
“Gürcüstanın “Yerli Özünüidarəetmə Məcəlləsi” haqqında Orqanik Qanununun 56-cı maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə uyğun olaraq, şəxsi ərizəm əsasında mer vəzifəsindən istefa verdim” — Qoqi Abuaşvilinin bəyanatının mətnində deyilir.
Qoqi Abuaşvili 2025-ci ilin oktyabrın 4-dən Msxetanın meri vəzifəsini tuturdu.