Qoderdzi-Utğisubani hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qoderdzi-Utğisubani hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Qoderdzi-Utğisubani hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu haqda məlumatı Gürcüstanın Avtomobil Yolları Departamenti yayır.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, mürəkkəb meteoroloji şəraitə (güclü qar və çovğun) görə respublika əhəmiyyətli Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun 106 km -123 km (Qoderdzi kurortu-Utğisubani) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.