Qlola kəndi yaxınlığında Cancaxi çayı üzərindəki körpünün bərpası başa çatıb
Kutaisi-Alpana-Mamisoni avtomobil yolunun 136-cı km-də, Qlola kəndi yaxınlığında Cancaxi çayı üzərindəki körpünün bərpası başa çatıb.
Avtomobil Yolları Departamentinin məlumatına əsasən, bu mərhələdə tikinti meydanın abadlaşdırılması istiqamətində işlər aparılır.
“Ötən əsrin 80-ci illərində tikilmiş körpü Şovi təbii fəlakəti zamanı xeyli zədələnib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində müvəqqəti hərəkəti təmin etmək üçün müvəqqəti körpü keçidi quraşdırılıb, hazırda o yenilənmiş körpü ilə əvəz olunub. Yeni dayaqlar quraşdırılıb, körpünün məhəccərləri və hərəkət hissəsi, birləşmələr və körpüyə giriş yolları bərpa olunub” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.