Qlobal texniki nasazlığa görə Ədliyyə Evinin şöbələrində müəyyən xidmətlər ləngiyib
Qlobal texniki nasazlığa görə Ədliyyə Evinin şöbələrində müəyyən xidmətlər ləngiyib

 

Qlobal texniki nasazlığa görə Ədliyyə Evinin şöbələrində müəyyən xidmətlər ləngiyib. Bu barədə Ədliyyə Evinin bəyanatında qeyd olunub.

“Nəzərinizə çatdırırıq ki, qlobal texniki nasazlığa görə Ədliyyə Evinin şöbələrində publik hüquqi şəxs “İctimai Reyestrin Dövlət Agentliyi”, publik hüquqi şəxs “Milli İcra Bürosu” və publik hüquqi şəxs “Gürcüstan Notariat Palatası”nın xidmətlərinin göstərilməsi, eləcə də notariat bürolarında notariat xidmətlərinin göstərilməsi ləngiyib.

Nasazlığın aradan qaldırılması üçün intensiv işlər aparılır.

Xidmətlərin göstərilməsi prosesi bərpa olunan kimi məlumat Ədliyyə Evinin rəsmi “Facebook” səhifəsində yerləşdiriləcək. Ləngiməyə görə üzr istəyirik!” – Ədliyyə Evinin bəyanatında qeyd olunub.