Qldanidə  cinayət baş verdi
Qldanidə cinayət baş verdi

Qldanidə bir cinayət baş verdi. Ölən 35 yaşınadək bir kişidir.

Məlumata görə, kişi gecə mübahisə zəminində yaralandı, sonra xəstəxanada həlak oldu.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gürcüstanın Birinci Kanalına bildirildiyi kimi, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü və dördüncü hissələri ilə yanaşı 108-ci maddəsi ilə də istintaq başladıldı. Maddələr qanunsuz olaraq odlu silah almaq və saxlamağı və qəsdən adam öldürməyi nəzərdə tutur.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iddia edilən günahkar müəyyənləşdirilib və saxlanılması üçün istintaq hərəkətləri davam etdirilir.