Qldani Rayonunda daha bir istirahət məkanı salınıb
Qldaninin ikinci mikrorayonunun N36 və N46 yaşayış binalarının yaxınlığında yeni park salınıb.
Meriyanın məlumatına əsasən, ərazidə qanunsuz qarajların sökülməsi işləri aparılıb və boşaldılmış sahə parka birləşdirilib.
Onların məlumatında, işlərin təxminən 3 000 kvadratmetr sahədə həyata keçirildiyi deyilir. Layihə çərçivəsində fitnes və istirahət zonaları salınıb, yelləncək tipli oturacaqlar quraşdırılıb, xarici işıqlandırma və suvarma sistemləri çəkilib, həmçinin yaşıllaşdırma işləri aparılıb və park üçün zəruri infrastruktur yerləşdirilib.
Layihə üçün yerli büdcədən 525 000 lari xərclənib.
Bundan başqa, parkın ətrafında yol infrastrukturu da qaydaya salınıb. Xüsusilə, 1 500 kvadratmetrə qədər sahədə zədələnmiş asfalt örtüyü dəyişdirilib və avtomobil dayanacaqları (parkinq) təşkil olunub.
Yekunlaşan işlərlə Qldani Rayonunun icra başçısı Besik Kaladze, Şəhər Şurasının majoritar deputatı Mixeil Rexviaşvili və parlamentin nümayəndəsi Vladimer Bojadze ilə birlikdə tanış olub.