Qldani kəndindən Saracişvili prospektinədək yeni marşrut istifadəyə veriləcək. Xətt üzrə N560 nömrəli mikroavtobus hərəkət edəcək
21 fevraldan etibarən Qldani kəndindən Saracişvili prospektinədək yeni marşrut istifadəyə veriləcək. Bu xətt üzrə N560 nömrəli mikroavtobus hərəkət edəcək. Məlumatı Tbilisi meriyası yayıb.
Meriyanın məlumatına görə, indiyədək Qldani kəndindən həmin istiqamətdə ictimai nəqliyyat fəaliyyət göstərməyib.
Bildirilib ki, bələdiyyə nəqliyyatı Aleksandre Kazbegi və İmereti küçələrinin kəsişməsi yaxınlığından hərəkətə başlayacaq, Aleksandre Kazbegi, Kakutsa Çolokaşvili, 26 May, David Ağaşenebeli, Mixeil Qamkadze, Gela Oçiauri, Barbare Eristavi-Corcadze küçələrindən keçəcək, daha sonra Elefter Andronikaşvilinin I döngəsindən David Saracişvili prospektinə qoşulacaq və hərəkəti Saracişvili prospekti 47 nömrəli binanın yaxınlığında başa çatdıracaq.
Əks istiqamətdə isə N560 eyni marşrut üzrə hərəkət edəcək və sərnişinlərə xidmətini Aleksandre Kazbegi və İmereti küçələrinin kəsişməsi yaxınlığında tamamlayacaq.
Qeyd olunur ki, indiyədək Qldani kəndindən bu istiqamətdə ictimai nəqliyyat hərəkət etmirdi. Bu səbəbdən Tbilisi meriyası sərnişinlərin daşınmasını təmin etmək məqsədilə yeni marşrutun əlavə olunmasına qərar verib.