Şotlandiyanın Qlazqo şəhərində Britaniyadan müstəqillik tələbi ilə, miqyaslı etiraz aksiyası keçirildi.
Aksiya iştirakçıları arasında Şotlandiyanın birinci naziri, Nikola Starceoni da var idi. Nazirin dediyinə görə, əgər 12 dekabrda Britaniyada planlaşdırılmış seçkilərdə “Mühafizəkarlar” partiyası qalib gəlsə, Şotlandiya Avropa İttifaqını tərk etməli olacaq. Nikola Starceoni əhalini müstəqilliyin tələb edilməsinə doğru çağırdı.
2016-cı ildə Şotlandiyada breksit ilə bağlı keçirilən referendumda əhalinin 62 faizi Avropa İttifaqından çıxmamağı dəstəklədi.