“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan 75 yaşında vəfat edib

20:35, 20.07.2026

İngiltərə futbolunun əfsanəvi simalarından olan Kevin Kiqan 75 yaşında vəfat edib. Keçmiş futbolçu xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Kiqan ötən əsrdə İngiltərə futbolunda silinməz iz qoyub. Onun peşəkar karyerası “Skantorp” klubunda başlayıb. Daha sonra “Liverpul”, “Hamburq”, “Sauthempton”, “Nyukasl” və “Blektaun Siti”nin formasını geyinib. Futbolçu kimi ən uğurlu illəri 1971–1977-ci illərdə “Liverpul”, 1977–1980-ci illərdə isə “Hamburq” klubunda keçib.
Kevin Kiqan İngiltərə milli komandasının heyətində 63 oyuna çıxıb və 21 qola imza atıb.
İngilis futbolçu “Qızıl top” mükafatının ikiqat qalibi olub. O, futbol üzrə ən nüfuzlu fərdi mükafatı 1978 və 1979-cu illərdə qazanıb.

Oxşar