Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin direktoru Tamar Memanişvili Milli Təhsil Olimpiadasının üçüncü turunun gedişi ilə tanış olub
2025-2026 tədris ili üçün təşkil olunan Milli Təhsil Olimpiadasının üçüncü turu bu gün, 8 mart tarixində Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin təşkilatçılığı ilə başladı.
Olimpiadada iştirakçılar fizika, biologiya elmləri və həmçinin alman və rus dilləri üzrə test imtahanı veriblər.
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin direktoru Tamar Memanişvili müavinləri ilə birlikdə imtahanın gedişi ilə Tbilisi şəhərindəki №122 tam orta məktəbdə tanış olub. Tamar Memanişvili Olimpiadada iştirak edən şagirdləri 8 Mart – Qadınlar Günü münasibətilə təbrik edib və final turunda uğurlar arzulayıb.
Onun sözlərinə görə, Milli Təhsil Olimpiadası şagirdlərə biliklərini, yaradıcı və analitik bacarıqlarını nümayiş etdirmək, öz imkanlarını rəqabətli mühitdə sınamaq üçün unikal fürsət yaradır. Belə təhsil fəaliyyətləri gənclərdə motivasiyanı artırır, ən yaxşı nəticələrə nail olmağa kömək edir və onları həm milli, həm də beynəlxalq səviyyədə layiqli yer tutmağa hazırlayır.
“2025-2026 tədris ili üçün Milli Təhsil Olimpiadasının birinci turunda 19 600-dən çox şagird iştirak edib, ikinci turda isə 7 800-dən çox şagird irəliləyib. Üçüncü turda isə 600-dən çox şagird iştirak edir.
Olimpiadanın qalibi həmin şagird olacaq ki, aid olduğu fənn üzrə testdən maksimum balın 60%-ni yığsın və sinif və fənn üzrə reytinq siyahısında ilk onluğa daxil olsun.
Ən yaxşı nəticə göstərən şagirdlər diplom, sertifikat və xüsusi mükafatlarla təltif olunacaqlar. Həmçinin qalib şagirdlər Gürcüstan milli komandasının üzvləri olacaqlar və beynəlxalq olimpiadalarda iştirak edəcəklər,” – deyə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatında qeyd olunub.
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin təşkilatçılığı ilə imtahan sessiyaları dörd gün davam edəcək.