Qivi Mikanadzenin rəhbərliyi ilə Kaspi Kollecində peşə təhsili müəssisələrinin direktorlar şurasının növbəti iclası keçirilib

21:07, 14.07.2026

 

Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadzenin rəhbərliyi ilə Kaspi Kollecində peşə təhsili müəssisələrinin direktorlar şurasının növbəti iclası keçirilib.

Görüşdə Qivi Mikanadze iştirakçılarla birlikdə kolleclərin infrastrukturunun təkmilləşdirilməsi məqsədilə davam edən və planlaşdırılan layihələri müzakirə edib.

İştirakçılar peşə təhsili müəssisələrində mövcud olan çağırışlar və onların həlli yolları barədə müzakirə aparıblar. Kolleclərin institusional inkişafı üçün zəruri olan resursların təmin edilməsinə xüsusi diqqət yetirilib.

Görüş sual-cavab rejimində keçirilib. İştirakçılar özləri üçün aktual olan məsələlər barədə nazirdən ətraflı məlumat almaq imkanı əldə ediblər.

Şuranın iclasında Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini Levan Ğirsiaşvili, nazir müavini Baia Kvitsiani, nazirliyin nümayəndələri və peşə təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər.

Qivi Mikanadzenin təşəbbüsü ilə peşə təhsili müəssisələrinin direktorlar şurasının iclasları müntəzəm olaraq keçirilir.

Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar