Qivi Mikanadze – Valideynlərin sentyabrın 1-dən sentyabrın 14-ü də daxil olmaqla formalar almaq imkanına malik olacağı məntəqələrə bu gündən birinci sinif şagirdləri üçün nəzərdə tutulan formaların paylanılmasına başlanılıb
Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadzenin bəyanatına əsasən, valideynlərin sentyabrın 1-dən sentyabrın 14-ü də daxil olmaqla formalar almaq imkanına malik olacağı məntəqələrə bu gündən bütün Gürcüstan miqyasında birinci sinif şagirdləri üçün nəzərdə tutulan məktəb formalarının paylanılmasına başlanılıb.
Mikanadzenin izahatına əsasən, hökumətin qərarı ilə müəyyən edilib ki, konkret kateqoriyadan olan şagirdlər formaları ödənişsiz alacaqlar və bu halda da formalar onlara həmin satış məntəqələrində veriləcək.
“Bu, çox mühüm prosesdir. Gürcüstanın bütün şəhər və bələdiyyələrində hər kəsin fiziki olaraq yaxınlaşıb formaları ala biləcəyi ən azı bir satış məntəqəsi açılacaq. Satış məntəqələri haqqında məlumat gələn həftədən artıq ictimaiyyətə açıqlanacaq ki, hazırlıq görsünlər və sentyabrın 1-dən formaları haradan alacaqlarını artıq bilsinlər” – Qivi Mikanadze bildirib.
Nazirin izahatına əsasən, gələn həftədən həmçinin valideynin formanı onlayn sifariş edə biləcəyi onlayn platforma fəaliyyətə başlayacaq.
“Pərakəndə ödəniş və ya onlayn alış-veriş zamanı müxtəlif banklar tərəfindən güzəştli kəşbək (cashback) siyasəti tətbiq olunur ki, bu barədə də ətraflı məlumat paylaşılacaq. Bir daha ictimaiyyətə bu formaların satış qiymətini xatırladırıq: qız və ya oğlan pencəyinin qiyməti 45 lari, şalvar və ətəyin satış qiyməti isə hər biri üçün 25 laridir. Bu qiymətə həm istehsal, həm də daşınma, logistika və satışla bağlı xərclər daxildir. Burada heç bir mənfəət nəzərdə tutulmayıb” – Qivi Mikanadze bildirib.