Qivi Mikanadze - Uşağın məktəbə qeydiyyatının ərazi prinsipinə əsasən olması ilə bağlı daha bir qeydiyyat mərhələsini tətbiq etməyi planlaşdırırıq
Uşağın onun yaşayış yerinin ərazi prinsipi ilə bağlı olan məktəbdə qeydiyyata alınması ilə bağlı daha bir qeydiyyat mərhələsini tətbiq etməyi planlaşdırırıq – bu haqda təhsil və elm naziri Qivi Mikanadze bildirib.
Nazir, qeyd olunan dəyişikliyin birinci mərhələdə böyük şəhərlərdə tətbiq olunacağını deyib.
“Qeydiyyatla bağlı yeni vəziyyət tətbiq edirik. Ümumi qeydiyyat son mərhələdir və ümumi qeydiyyatdan əvvəl uşağın onun yaşayış yerinin ərazi prinsipi ilə bağlı olan məktəbdə qeydiyyata alınması ilə bağlı daha bir qeydiyyat mərhələsini tətbiq etməyi planlaşdırırıq. Birinci mərhələdə bu istiqamət böyük şəhərlərdə tətbiq olunacaq və daha sonra ehtiyacdan asılı olaraq tədricən başqa miqyasda da yayılacaq” – Mikanadze bildirib.