Gürcüstan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, Təhsil, Elm və Gənclik İşləri Komitəsinin sədri Qivi Mikanadze Avropa Şurasının baş katibi Alan Berse ilə görüşüb.
Qivi Mikanadze Alan Berseni Avropa Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Strasburqda keçirilən görüş tanışlıq məqsədi daşıyırdı. Tərəflər Avropa Şurasında Gürcüstanın mühüm rolunu qeyd ediblər.
Qivi Mikanadze baş katibə Avropa Şurası ilə əməkdaşlığın fəal şəkildə davam etməsinə dair gürcü tərəfinin hazır olduğunu qeyd edib və bu da, baş katib tərəfindən müsbət qiymətləndirilib.
Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri Tamar Taliaşvili görüşdə iştirak edirdi.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.