Qivi Mikanadze Rustavinin 15 saylı ictimai məktəbində milli imtahanların ikinci sessiyasının gedişatı ilə tanış olub
Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Rustavinin 15 saylı ictimai məktəbində vahid milli imtahanların ikinci sessiyasının gedişatı ilə tanış olub.
Təhsil Nazirliyinin məlumatına əsasən, nazir məktəbdə açılmış imtahan mərkəzinə baş çəkib və abituriyentlərə uğurlar arzulayıb. Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin direktoru Tamar Memanişvili nazirlə birlikdə imtahan mərkəzində olub.
Gürcüstan miqyasında 12 şəhərdə 24 imtahan mərkəzi açılıb. Bütün mərkəzlər soyutma sistemi ilə təchiz olunub. Metro stansiyalarından imtahan mərkəzlərinə qədər əlavə nəqliyyat vasitələri təyin edilib ki, onların hərəkəti ilə bağlı məlumat Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin veb-saytında dərc olunub.
2026-cı ilin imtahanları üçün ümumilikdə 83 000-dən çox ərizəçi qeydiyyatdan keçib, o cümlədən 43 000-dən çox abituriyent vahid milli imtahanlar üçün.
2026-cı ilin imtahanları ənənəvi olaraq iki sessiyada keçiriləcək. Vahid milli imtahanlar iyulun 22-də fizika imtahanı ilə başa çatacaq. Müəllimlərin imtahanları üçün qeydiyyatdan keçənlər iyulun 5-dən imtahan prosesinə qoşulacaqlar. İyulun 17-də tələbələrin qrant müsabiqəsi keçiriləcək, magistratura pilləsinə namizədlər isə magistr imtahanını iyulun 23-24-də verəcəklər.