Qivi Mikanadze – Öz doğma kəndimdə ev tikintisi ilə bağlı yalan tirajlayan insanları ictimai şəkildə üzr istəməyə çağırıram, əks halda onlar qanun qarşısında cavab verməli olacaqlar
Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze guya Quriya regionunun Arçeuli kəndində onun tərəfindən alınan torpaq sahəsində evin uşaq bağçasının yerində tikilməsi ilə bağlı yayılan məlumatı yalan adlandırır.
“Bu, növbəti ucuz və dezinformasiya xarakterli kampaniyadır. Qeyd olunan yalanı məqsədyönlü şəkildə yayan konkret şəxslər, birbaşa deyim ki, yalan tirajlayırlar və bunu yoxlamaq çox asandır. Bütün müəyyən olunmuş qayda və qanunlara tam riayət edilməklə aldığım torpaq sahəsi boş yer idi və orada heç bir bina-tikili yox idi. Aldığım torpaq sahəsinin sahəsi 1000 kvadratmetri keçmir və onun dəyəri publik hüquqi şəxs Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunun müəyyən etdiyi dəyər əsasında formalaşıb. Məhz buna görə də bu məsələ ilə bağlı yalan kampaniyası aparan insanları ictimai şəkildə üzr istəməyə çağırıram. Əks halda onlar qanun qarşısında cavab verməli olacaqlar. Birbaşa deyim ki, son iki gün ərzində mənə qarşı məqsədyönlü şəkildə həyata keçirilən yalan və ittihamların tirajlanmasını gözardı etmək fikrində deyiləm. Bu insanlar yaydıqları məlumatın yalan olduğunu etiraf etməsələr və ictimai şəkildə üzr istəməsələr, bütün bunlara hüquqi müstəvidə qiymət veriləcək.
Bir daha izah edirəm ki, tikinti layihəsi bütün qüvvədə olan qaydalara tam əməl olunaraq hazırlanıb və Lançxuti Bələdiyyəsinin Meriyasına təqdim edilib. Yalnız qeyd olunan layihə təsdiqləndikdən sonra kəndimdə taxta kottecin tikinti işlərinə başlanılıb. Bu çox sadə bir məsələdir – yəqin ki, hər bir gürcünün öz doğma elində dədə-baba evinin olması arzusu var. Əmlakımın alınması və ya orada aparılan tikinti işləri ilə maraqlanan istənilən şəxs prosesin necə getdiyini və qanun çərçivəsində nə dərəcədə olduğunu öyrənə bilər. Qeyd olunan məlumatlar açıqdır və onları həm Lançxuti Bələdiyyəsinin Meriyasından, həm də publik hüquqi şəxs Əmlakın İdarəedilməsi Milli Agentliyindən tələb edib ala bilərsiniz” – Qivi Mikanadze jurnalistlərlə söhbətində bildirib.