Qivi Mikanadze - Ödənişli təcrübə proqramı həm gənclər, həm də dövlət üçün faydalıdır, bizə gəncləri dövlət sektoruna cəlb etmək, işlə təmin etmək imkanı verir
Qivi Mikanadze - Ödənişli təcrübə proqramı həm gənclər, həm də dövlət üçün faydalıdır, bizə gəncləri dövlət sektoruna cəlb etmək, işlə təmin etmək imkanı verir

 

Baş nazirin təşəbbüsü ilə başlayan ödənişli təcrübə proqramı həm gənclər, həm də dövlət üçün faydalıdır, bizə yeni kadrları, gəncləri dövlət sektoruna cəlb etmək, onları işlə təmin etmək imkanı verir – bu barədə Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze jurnalistlərlə söhbətində deyib.

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təşəbbüsü ilə bu il də dövlət müəssisələrində üç aylıq ödənişli təcrübə müsabiqəsi elan edilib. Müvafiq olaraq, gənclər nəzəri bilikləri praktikada tətbiq etmək, təcrübə qazanmaq və əmək haqqı almaq imkanı əldə edəcəklər. Bu, həm gənclər, həm də dövlət üçün faydalı olan yüksək standartlara cavab verən təcrübə proqramıdır. Bu, həqiqətən də, yeni kadrları, gəncləri dövlət sektoruna cəlb etmək və onları işlə təmin etmək üçün əla yoldur” – Qivi Mikanadze bildirib.

Nazir bildirib ki, bu il proqram çərçivəsində 3000-dək gənc dövlət sektorunda üç aylıq ödənişli təcrübə keçmək imkanı qazanacaq

“Bildiyiniz kimi, əvvəlki çağırış parlamenti Dövlət Qulluğu haqqında qanuna dəyişikliklər etdi, bu da dövlət sektorunda müəyyən müddətə ödənişli təcrübə proqramının həyata keçirilməsini mümkün etdi. Bu il təcrübə proqramı 3000-ə qədər yer üzrə elan ediləcək və o, həm mərkəzi hakimiyyət, həm də yerli hakimiyyətin nümayəndəlik orqanlarında təcrübə keçmək imkanını əhatə edəcək. Bu xüsusilə vacibdir, çünki gənclərin yerli dövlət strukturlarında işlə təmin edilməsi munisipalitetin inkişafına daha da böyük töhfə verəcək. Gənclər tərəfindən iştirakın çox fəal olacağını gözləyirik, çünki proqram tədris prosesi ilə paralel olaraq onlara biliklərini tətbiq etmək və öz potensiallarını üzə çıxarmaq imkanı verir. Bu təşəbbüs açıq şəkildə gənclərin işlə təmin olunmasının dəstəklənməsinə və əlbəttə, dövlət sektoruna yeni, ixtisaslı kadrların cəlb edilməsinə fokuslanıb.
Hər kəsə məsləhət edirəm, iştirak etsinlər, çünki karyera baxımından irəliləyiş məhz təcrübə prosesindən başlayır” – Qivi Mikanadze qeyd edib.