Qivi Mikanadze Nyu-Yorkda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qəbulda iştirak edib
Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclik İşləri Komitəsinin sədri Qivi Mikanadze Nyu-Yorka səfəri çərçivəsində Harvard Klubunda Gürcüstanın Baş Konsulluğu tərəfindən təşkil olunmuş Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qəbulda iştirak edib.
Nyu-Yorkda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri qəbula dəvət olunmuşdular.
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia və Gürcüstanın Nyu-Yorkdakı baş konsulu Maia Bartaia tədbirə ev sahibliyi edirdilər.
Gürcüstanın BMT və beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Davit Bakradze də tədbirdə iştirak edirdi.