Qivi Mikanadze – Məktəbi bitirmək və peşəkar inkişaf yolunda ilk addımları atmaq mühüm nailiyyətdir və bu əməyin, əzmin, məqsədyönlülüyün və böyük səyin nəticəsidir
Əziz gənclər, Milli İmtahanları uğurla verməyiniz münasibətilə sizi təbrik edirəm, məktəbi bitirmək və peşəkar inkişaf yolunda ilk addımları atmaq mühüm nailiyyətdir, bu sizin əməyinizin, əzminizin, məqsədyönlülüyünüzün və böyük səyinizin nəticəsidir – bu barədə təhsil naziri Qivi Mikanadze sosial şəbəkədə yazır.
“Bütün bu müddət ərzində sizə dəstək olan və yanınızda duran valideynlərinizə, müəllimlərinizə və hər bir insana təşəkkür etmək istəyirəm.
Sizə maraqlı tələbəlik illəri, yeni imkanlar, bol-bol uğur və qələbə arzulayıram” – Mikanadze yazır.