Qivi Mikanadze – Məktəb formaları beynəlxalq akkreditasiyaya malik laboratoriyanın tədqiqatlarından uğurla keçib, standartlara tam cavab verir, sağlamlıq üçün təhlükəsizdir, davamlı və praktikdir

10:10, 10.08.2026

 

Testin nəticələri təsdiqləyir ki, məktəb forması, ən əsası, sağlamlıq üçün təhlükəsizdir, materialı isə davamlı və praktikdir, gündəlik aktiv istifadə üçün nəzərdə tutulub – bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze ictimaiyyətə məktəb formaları ilə bağlı məlumat verdiyi video müraciətində deyib.

“İctimaiyyətə məlumat vermək istəyirəm ki, məktəb formalarının bütün modelləri beynəlxalq akkreditasiyaya malik laboratoriya “SGS-CSTC Standards Technical Services Co., Ltd” tərəfindən aparılan laboratoriya tədqiqatlarının müəyyən edilmiş testlərindən uğurla keçib və müəyyən edilmiş tələb və standartlara tam cavab verir.

Testin nəticələri təsdiqləyir ki, məktəb forması, ən əsası, sağlamlıq üçün təhlükəsizdir, materialı isə davamlı və praktikdir, gündəlik aktiv istifadə üçün nəzərdə tutulub” – Qivi Mikanadze bildirib.

O, “SGS-CSTC Standards Technical Services Co., Ltd”nin test, təftiş və sertifikatlaşdırma sahəsində aparıcı beynəlxalq şirkətlərdən biri olduğunu deyib.

“Bu, baş ofisi Cenevrədə yerləşən və dünyanın 115 ölkəsində 2500-dən çox laboratoriyaya sahib İsveçrə şirkətidir.

Bildiyiniz kimi, məktəb formalarının tikilməsi məqsədilə təqdim olunan tələblərə cavab verən bütün şirkətlərin iştirak edə biləcəyi bazar araşdırması elan edilmişdi. Seçim meyarları arasında keyfiyyət komponenti, böyük həcmdə məhsulun hazırlanması, vaxtında çatdırılma, dəyər və digər amillər var idi.

Bazar araşdırması göstərdi ki, bu miqyasda sifarişin müəyyən olunmuş müddətdə hazırlanması gürcü şirkətləri üçün qeyri-mümkün idi. Bazar araşdırmasında Gürcüstanda qeydiyyatdan keçmiş Çin şirkəti “Glory Textile Industry” qalib gəldi. Həmin şirkət məktəb formalarının hazırlanmasının və Gürcüstana çatdırılmasının təmin edilməsini Çində məktəb formalarını Avropa və Asiya ölkələri üçün tikən istehsalçı brendə sifariş etdi.

Nazirliyin məqsədi məktəb formalarının Gürcüstanda tikilməsini təmin etməkdir və biz mərhələli şəkildə buna mütləq nail olacağıq” – Qivi Mikanadze qeyd edib.

Oxşar