Qivi Mikanadze İtaliyanın səfiri ilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib
Qivi Mikanadze İtaliyanın səfiri ilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib

 

Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze İtaliyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Masimiliano D’Antuononu qəbul edib.

Görüşdə tərəflər təhsil, elm və gənclik sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Qivi Mikanadze baş nazir İrakli Kobaxidzenin ictimai şəkildə təqdim etdiyi Gürcüstanda ali təhsilin əsaslı islahatının əsas istiqamətləri haqda İtaliyanın səfirinə məlumat təqdim edib.

Öz növbəsində, İtaliyanın səfiri Qivi Mikanadzeyə Gürcüstanda italyan dilinin tədrisinə dəstəyə, o cümlədən italyan dili müəllimlərinin fənn imtahanında iştirak etmək imkanı yaradıldığına görə təşəkkür edib.

Məlumatı Təhsil Nazirliyi yayır.