Qivi Mikanadze İsrailin səfiri ilə tanışlıq görüşü keçirib
Qivi Mikanadze İsrailin səfiri ilə tanışlıq görüşü keçirib

 

Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze İsrail Dövlətinin Gürcüstana yeni təyin olunmuş səfiri Valid Abu Haianı qəbul edib.

Təhsil Nazirliyinin məlumatına əsasən, tanışlıq məqsədli görüşdə tərəflər iki ölkə arasında təhsil və elm sahəsində mövcud sıx əməkdaşlığın genişləndirilməsi məsələlərini və gələcək planları müzakirə ediblər.

“Qivi Mikanadze baş nazir İrakli Kobaxidzenin ictimaiyyətə təqdim etdiyi Gürcüstanda ali təhsilin əsaslı islahatının əsas istiqamətləri haqda İsrailin səfirinə məlumat təqdim edib.

Görüş çərçivəsində Gürcüstan və İsrailin ali təhsil və elm müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların inkişafı, tədqiqatların aparılması və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi kimi mühüm məsələləri müzakirə ediblər. Həmçinin, kənd təsərrüfatı sahəsi də daxil olmaqla, peşə təhsili istiqamətinə xüsusi diqqət yetirilib.

Görüşün sonunda səfir ev sahibliyinə görə Qivi Mikanadzeyə təşəkkür edib və iki ölkə arasında mövcud konstruktiv əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib” – nazirliyin məlumatında deyilir.