Qivi Mikanadze - İctimai Yayımçıya təzyiq qəbuledilməz və ağlasığmazdır, ictimaiətə məxsus televiziyanın qəsb edilməsi komponenti formalaşır, bu, birmənalı olaraq görünür
İctimai Yayımçıya təzyiq qəbuledilməz və ağlasığmazdır, ictimaiətə məxsus televiziyanın qəsb edilməsi komponenti formalaşır, bu, birmənalı olaraq görünür – bu haqda parlament çoxluğunun üzvü Qivi Mikanadze bildirib.
Mikanadze bildirib ki, onlar İctimai Yayımçıya yerləşməyə çalışırlar.
“Formula”nın jurnalistləri deyəndə ki, heç kimin televiziyasını təmsil etmirlər, bu, çox qeyri-ciddi, absurd məlumatdır. Hamı bilir ki, bu, Kezeraşviliyə məxsus televiziyasıdır. Bununla yanaşı, onlar yaxşı bilirlər ki, Kezeraşvili “Formula”nı maliyyələşdirməyə davam etməmək barədə qərar qəbul edib və bu, bu televiziyanın yaxın gələcəkdə maliyyə təminatı olmadan bağlanacağına birbaşa eyham vurur. Bundan irəli gələrək, bu insanlar cari hadisələrdən özləri üçün istifadə etməyə və öz gələcək maraqlarını təmin etməyə, İctimai Yayımçıya yerləşməyə çalışırlar.
Son iki gün ərzində müşahidə etdiyimiz proseslər bir daha göstərir ki, bu insanlar tərəfindən aqressiya onların fərqləndiyi komponentdir. Həmçinin, İctimai Yayımçıya təzyiq göstərməyə çalışırlar ki, bu da qəbuledilməz və ağlasığmazdır. İctimaiyyət bu insanların məqsədlərini, niyətlərini, real əməllərini aydın şəkildə görür. İctimaiətə məxsus televiziyanın qəsb edilməsi komponenti formalaşır, bu, birmənalı olaraq görünür” – Qivi Mikanadze bildirib.