Qivi Mikanadze Cənubi Karolina Universitetinin Yüksək Enerjilər Fizikası üzrə Beynəlxalq Elmi-Tədqiqat Proqramının rəhbəri ilə görüş keçirib
Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze Cənubi Karolina Universitetinin Yüksək Enerjilər Fizikası üzrə Beynəlxalq Elmi-Tədqiqat Proqramının rəhbəri, professor Roberto Peti ilə tanışlıq xarakterli görüş keçirib.
Təhsil Nazirliyinin məlumatına əsasən, tərəflər Gürcüstanın ali təhsil müəssisələri ilə Cənubi Karolina Universiteti arasında təhsil və elm sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi və birgə təşəbbüslərin inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Onların məlumatında Qivi Mikanadzenin professor Roberto Petini Gürcüstanın ali təhsil sisteminin islahatının əsas istiqamətləri ilə tanış etdiyi, elmin inkişafı istiqamətində atılan addımlara və bu mərhələdə həyata keçirilən təşəbbüslərə xüsusi diqqət ayırdığı deyilir.
“Görüş çərçivəsində Gürcüstanın ali təhsil müəssisələri ilə Cənubi Karolina Universiteti arasında təcrübə və qabaqcıl praktika mübadiləsi, tələbələr və tədqiqatçılar üçün mübadilə proqramlarının təklif olunması məsələlərinə toxunulub.
Görüşdə təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisonia və Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurqenidze iştirak ediblər.
Professor Roberto Peti elementar zərrəciklər fizikası üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssisdir. Onun fəaliyyəti xüsusilə Dərin Yeraltı Neytrino Eksperimentinin (DUNE) konseptual inkişafında, detektorun imkanlarının qiymətləndirilməsində və yüksək dəqiqlikli ölçmə metodologiyasının hazırlanmasında mühüm əhəmiyyət kəsb edir” – Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatında deyilir.