Qivi Mikanadze "Avropa Nüvə Tədqiqatları Mərkəzi" ilə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze “Avropa Nüvə Tədqiqatları Mərkəzi”nin (CERN) CMS layihəsinin nümayəndəsi professor Titsiano Kamporezi ilə işgüzar görüş keçirib.
Nazir CERN-in nümayəndəsinə uzun illər sıx tərəfdaşlığa görə təşəkkür edib və elm, tədqiqat və texnologiyanın modernləşdirilməsini və beynəlmiləlləşdirilməsini təmin etmək üçün Gürcüstanın beynəlxalq elmi ictimaiyyətlə fəal şəkildə əməkdaşlığı davam etdirdiyini qeyd edib.
Görüşdə tərəflər Gürcüstanın ali təhsil və elm sahəsində yeni texnoloji imkanların inkişaf perspektivlərini müzakirə ediblər və tədqiqat komponentinin gücləndirilməsinə dəstəyə xüsusi diqqət yetiriblər.
Öz növbəsində, professor Titsiano Kamporezi gürcü alimlərin “Avropa Nüvə Tədqiqatları Mərkəzi”ndəki nailiyyətlərini müsbət qiymətləndirib və nazirə gələcək əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.
Məlumat Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi yayır.