Qivi Mikanadze 12-ci sinif şagirdlərini məktəbi bitirmələri münasibətilə təbrik edib
Qivi Mikanadze 12-ci sinif şagirdlərini məktəbi bitirmələri münasibətilə təbrik edib

 

Birinci Eksperimental və Tbilisinin 127 saylı ictimai məktəblərində son zəng münasibətilə tədbirlər keçirilib və Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze 12-ci sinif şagirdlərini məktəbi bitirmələri münasibətilə təbrik edib.

Təhsil Nazirliyinin məlumatına əsasən, nazir buraxılış siniflərinin şagirdlərinə xatirə yazıları buraxıb və həyatın növbəti mərhələsində onlara uğurlar arzulayıb.

Mayın 20-də Gürcüstan məktəblərindən 42 738 12-ci sinif şagirdi məzun olub.

Gürcüstanda məktəbi bitirməyin son zənglə qeyd edilməsi ənənəsi artıq illərdir mövcuddur. Bununla əlaqədar olaraq, mayın 20-də ölkə miqyasında məktəblər rəngarəng, yaradıcı və əyləncəli tədbirlər təşkil edirlər.