Qivi Mikanadze - 11 sinif gənclərə tam ümumi təhsil vermək üçün kifayətdir, eyni zamanda istəyənlərin 12-ci sinifdə oxumaq imkanının da olması ilə bağlı alternativ hazırlamağı istisna etmirik
Biz 11 sinifin gənclərə tam ümumi təhsil vermək üçün kifayət olduğunu əsaslandırılmış şəkildə hesab edirik və bu, heç cür Boloniya prosesinə zidd deyil – bu haqda təhsil, elm və gənclik naziri Qivi Mikanadze Gürcüstanın Birinci Kanalının “Aktual mövzu – Maka Tsintsadze ilə birlikdə” verilişində qonaq olarkən deyib.
Mikanadze bildirib ki, bir sıra insanlar bu məsələdən məqsədyönlü şəkildə istifadə edirlər, kiçik bir qrup isə ürək ağrısını dilə gətirir.
“11 illik məktəb attestatı Avropada təhsili davam etdirməyə maneə olmur. Sadəcə olaraq, bu halda gənc daha bir il Avropanın hansısa məktəbində oxumalıdır. Gürcüstanda qalıb təhsilini davam etdirənlərlə bakalavr pilləsində təhsil almaq üçün gedənlərin sayını müqayisə etsək, çox böyük fərq var, möcüzəvi dərəcədə böyük fərq var. Düşünürük ki, bu yanaşma doğrudur. Lakin, eyni zamanda biz istisna etmirik və bunu müzakirələr prosesi göstərməlidir, müvafiq hədəf qruplarla görüş zamanı nə dərəcədə əsaslandırılmış olacaq ki, istəyənlərin 12-ci sinifdə oxumaq imkanına da malik olması ilə bağlı nəsə alternativ işləyib hazırlayaq.
Daha çox insan magistraturaya gedir və xarici ölkələrdə bakalavr pilləsində təhsil alan gənclərin sayı çox azdır, çünki bu, daha uzunmüddətli prosesdir. Bu vəziyyətdə, təəssüf doğurur, lakin reallıq budur ki, bu proseslər müəyyən dərəcədə miqrasiya proseslərinə kömək edir və onların çoxu geri qayıtmır, bu isə bizim üçün, ölkə üçün zərərlidir. Onların aldığı biliyi istəyirik ki, qayıdaraq öz ölkələrində istifadə etsinlər. Bu gün də bazarda bir sıra peşələrə tələbat var, kifayət qədər yüksək maaşlıdır da və məhz çağırış budur ki, keyfiyyətli təhsili burada elə təmin etmək istəyirik ki, bir çox gəncin xaricə getmək arzusu olmasın, əksinə, dövlətin təklif etdiyi təhsili Gürcüstanda alsın, burada işlə təmin olunsun və yüksək maaş qazansın. Bununla miqrasiya proseslərini də dayandıraq və üstəlik, qazandıqları potensial və biliyi öz ölkələri üçün istifadə etməyə maksimal şəkildə kömək edək” – Qivi Mikanadze bildirib.