Qiuli Alasania - Ürəyim parçalanır ki, David Ağmaşenebeli, İlia Cavcavadze, Zviad Qamsaxurdia, Kostavanın nümunələri oğluma yetmədi, ayağını basdı, gəldi və cəlladlara təslim oldu
Ürəyim parçalanır ki, David Ağmaşenebeli, İlia Cavcavadze, Zviad Qamsaxurdia, Kostavanın nümunələri oğluma yetmədi, ayağını basdı, gəldi və cəlladlara təslim oldu – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniya jurnalistlərə açıqlamasında deyib.
Sərhədin qanunsuz keçilməsi ilə bağlı iş üzrə Mixeil Saakaşviliyə dörd il altı ay həbs cəzası verilib, hökmlərin birləşməsi ilə isə cəzanın müddəti 12 il altı ay müəyyən edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 2021-ci ilin oktyabrın 1-də sərhədi qanunsuz keçmək ittihamı ilə saxlanılıb.
Bununla yanaşı, Tbilisi Şəhər Məhkəməsi martın 12-də külli miqdarda büdcə vəsaitinin israf edilməsi ilə bağlı iş üzrə Mixeil Saakaşviliyə 9 il həbs cəzası verib.