Qitanas Nauseda – Suveren dövlətin işlərinin onun arxasında müzakirə olunması qəbulolunmazdır, Ukraynanın gələcəyinə dair istənilən müzakirədə Ukrayna və Avropanın iştirakı mütləqdir
Litva Prezidenti Qitanas Nauseda Rusiya-Ukrayna müharibəsinə son qoyulması məqsədilə aparılan danışıqlarda həm Ukrayna, həm də Avropanın iştirak etməli olduğunu bəyan edir.
Nausedanın qiymətləndirməsinə əsasən, suveren dövlətlərin gələcəyinin onların iştirakı olmadan həll edildiyi görüşlər qəbulolunmaz və təhlükəlidir.
“Əslində belə formatlar çox təhlükəlidir. İlk növbədə, Avropanın bu danışıqlarda iştirak etməməsi, Ukraynanın isə bu cür görüşlərə dəvət belə edilməməsi qəbulolunmazdır. Suveren dövlətin işlərinin onun arxasında müzakirə olunması qəbulolunmazdır” – Nauseda qeyd edib.
Bununla yanaşı, Litva Prezidenti bildirib ki, sülh sazişinin şərtləri Ukraynaya təlqin edilməməlidir.
“Ukraynanın gələcəyinə aid, xüsusən də sülh danışıqlarında istənilən müzakirədə Ukrayna və Avropanın iştirakının təmin edilməsi zəruridir, çünki bu sülh sazişinin nəticələrini ilk hiss edən məhz bu dövlət və ya bütövlükdə Avropa İttifaqı olacaq” – Litva Prezidenti qeyd edib.