Qitanas Nauseda – Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi dünya nizamı üçün ən böyük təhlükə yaradan əsas münaqişədir

22:45, 22.09.2026

 

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi dünya nizamı üçün ən böyük təhlükə yaradan əsas münaqişədir – bu barədə Litva Prezidenti Qitanas Nauseda BMT Baş Assambleyasında çıxışı zamanı bəyan edib.

Nausedanın qeyd etdiyi kimi, müharibədə Ukraynanın qələbəsi qlobal təhlükəsizlik üçün həlledici əhəmiyyət kəsb edir.

Bununla yanaşı, o, Rusiyanın ərazi baxımından minimal uğur əldə etdiyini və eyni zamanda nəhəng itkilər verdiyini bildirib.

“Bu nəhəng səylər, bütün bu tökülən qan və göz yaşı, son nəticədə, faktiki olaraq heç bir nəticə vermədi. Ukrayna müstəqil dövlət kimi yenə də qürurla dayanır. Ukrayna dili, mədəniyyəti və milli kimliyi yaşayır və inkişaf edir. Doğrudur, rəsmi olaraq bu elan edilməyib, lakin Rusiya bu müharibəni, faktiki olaraq, artıq uduzub. Hərçənd, hər birimiz bu qəddar və mənasız müharibənin səbəb olduğu böyük ağrını dərk etməli və Ukraynanın qələbəsini tezləşdirmək üçün qüvvələrimizi birləşdirməliyik, çünki yalnız Ukraynanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması ilə yekun qələbəsi qlobal sülhü, təhlükəsizliyi və BMT Nizamnaməsinə inamı təmin edə bilər” – Nauseda qeyd edib.

Məlumat üçün bildirək ki, “CNN” cari ilin əvvəlində Ukraynaya tammiqyaslı müdaxiləyə başlamaq qərarının Rusiyaya təxminən 450 000 insanın həyatı bahasına başa gəldiyi barədə məlumat yaymışdı. Yeni araşdırmaya əsasən isə müharibə nəticəsində həlak olanların və yaralananların ümumi sayı 2 milyonu keçib.

Oxşar