Qitanas Nauseda Litvanın Baş nazirinin və hökumətin istefası haqqında sərəncam imzalayıb
Qitanas Nauseda Litvanın Baş nazirinin və hökumətin istefası haqqında sərəncam imzalayıb

 

Litva Prezidenti Qitanas Nauseda ölkənin baş naziri Qintautas Palutskas və onun hökumətinin istefası haqqında sərəncam imzalayıb. O, müvəqqəti hökumətə rəhbərlik etməyi maliyyə naziri Simantas Şadjiusa tapşırıb.

Qintautas Palutskas ətrafında bir sıra qalmaqallar yarandıqdan sonra vəzifəsindən getməsi barədə prezidentə iyulun 31-də məlumat verib.

Məlum olduğu kimi, Litvada jurnalistlər Palutskasın şübhəli biznes əlaqələrini üzə çıxarıblar. Bunun əsasında, Litvanın Baş Prokurorluğu Xüsusi İstintaq Xidmətinə vəziyyətin araşdırılmasını tapşırıb. Maliyyə Cinayətlərinin İstintaq Xidmətinin əməkdaşları baş nazirin qaynına məxsus “Dankora” şirkətində axtarış əməliyyatı aparıblar. Qeyd olunan şirkət Avropa maliyyəsi alırdı və akkumulyator sistemlərini baş nazirin öz şirkəti “Garnisis”dən alırdı.

Nauseda Palutskasa ittihamlar ilə əlaqədar izahat vermək üçün iki həftə vaxt verdi.